Medianews.az
Qrem Suness:
83 baxış

Qrem Suness: "Yalnız onu Messi ilə müqayisə etmək olar"

Şotlandiya millisinin sabiq yarımmüdafiəçisi Qrem Suness Argentina yığmasının kapitanı Lionel Messi barədə yüksək fikirlər səsləndirib.

Medianews.az xəbər verir ki, Sunessin sözlərinə görə, futbol tarixində Messi ilə müqayisə oluna biləcək yeganə oyunçu Dieqo Maradonadır.

Onun sözlərinə görə, "Sampdoriya"da çıxış etdiyi dönəmdə Maradonaya qarşı bir neçə dəfə oynayıb və argentinalının oyunu oxumaq bacarığı heyrətamiz olub.

"Messi ilə müqayisə edilə biləcək yeganə futbolçu Maradonadır. O, həmişə hamıdan iki addım öndə düşünürdü. Bu, təkcə istedad deyil, qeyri-adi futbol zəkası idi".

Suness həmçinin braziliyalı əfsanə Ziko ilə birlikdə oynadığı xeyriyyə matçını xatırladaraq, böyük futbolçuların digərlərindən fərqli olaraq bir neçə epizodu öncədən hesabladıqlarını vurğulayıb.

Sabiq futbolçu əlavə edib ki, bir vaxtlar Messinin dünya çempionu olmadan karyerasının natamam qalacağını deyənlər var idi. Lakin argentinalı ulduz bu titulu qazandıqdan sonra, 39 yaşında belə onu qorumaq uğrunda mübarizəsini davam etdirir.

Medianews.az

Bizə qoşulun