2026-cı il dünya çempionatının ilk yarımfinalında İspaniya Fransa millisini 2:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Görüşün əsas diqqət mərkəzində komandaların liderləri Lamin Yamal və Kilian Mbappe arasındakı rəqabət olub.
Medianews.az xəbər verir ki, bu oyunla birlikdə futbolçular klub və milli komandalar səviyyəsində ümumilikdə 11-ci dəfə üz-üzə gəliblər.
Şəxsi qarşıdurmada üstünlük açıq şəkildə Yamalın tərəfindədir. Gənc ispan futbolçu 19 yaşına qədər Mbappeyə qarşı keçirdiyi 11 oyunun 9-da qalib gəlib. Milli komandalar səviyyəsində isə Yamal Fransa ulduzuna qarşı keçirdiyi hər üç matçdan qalib ayrılıb.
Qeyd edək ki, İspaniya finalda Argentina–İngiltərə cütünün qalibi ilə qarşılaşacaq.
Medianews.az