Medianews.az
Həkimdən gilasla bağlı
77 baxış

Həkimdən gilasla bağlı vacib xəbərdarlıq

Qastroenteroloq Yekaterina Fedosyina bəzi insanların gilas istehlakını məhdudlaşdırmasının vacib olduğunu bildirib.

Medianews.az xəbər verir ki, həkimin sözlərinə görə, çəyirdəkli meyvələrə allergiyası olanlar, qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkənlər, mədə-bağırsaq sistemi xəstəliklərinin kəskinləşmə dövründə olanlar və şəkərli diabet xəstələri gilası ehtiyatla qəbul etməlidirlər.

Bu şəxslər gündəlik qida rasionunda yedikləri gilasların miqdarına xüsusi diqqət yetirməlidirlər.

Fedosyina həmçinin vurğulayıb ki, gilası acqarına və həddindən artıq çox miqdarda yemək də tövsiyə olunmur.

Medianews.az

Bizə qoşulun