Medianews.az
Fransa millisində
95 baxış

Fransa millisində dəyişiklik

Fransa millisindən ayrılmağa hazrlaşan baş məşqçi Didye Deşamı Zinəddin Zidan əvəzləyəcək.

Medianews.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, ötən gecə komandanın DÇ-2026-nın yarımfinalında İspaniyaya uduzaraq mübarizəni dayandırmasından sonra Deşamın Fransa millisinin baş məşqçisi kimi fəaliyyəti başa çatıb. Onun rəhbərliyi altında yığma 1 dəfə dünya çempionu olub, bir dəfə də mundialın finalına və yarımfinalına yüksəlib.

Romano qeyd edib ki, Fransa millisinin yeni baş məşqçisi vəzifəsini Zinəddin Zidanın tutacaq.

Xatırladaq ki, 56 yaşlı Didye Deşam Fransa millisini 2012-ci ildən çalışdırırdı./Qol.az

Bizə qoşulun