Medianews.az
DÇ-2026-da Kanada şousu:
172 baxış

DÇ-2026-da Kanada şousu: Larindən dünya futboluna MESAJ

Kanada millisinin hücumçusu Kayl Larin DÇ-2026-da Qətər yığması üzərində 6:0 hesablı qələbəni dəyərləndirib.

Medianews.az xəbər verir ki, görüşdə hesabı açan futbolçu komandasının dünya futbolunda söz sahibi olduğunu nümayiş etdirdiyini bildirib.

“Kanadanın kim olduğunu bütün dünyaya göstərdik. Komandamızın bir çox üzvü böyük futbol səhnəsinə yeni çıxıb, lakin nəyə qadir olduğumuzu sübut etdik. Dünya səviyyəsində rəqabət apara bildiyimizi göstərdik və bu, yalnız başlanğıcdır”, – deyə Larin vurğulayıb.

O, zədə alan komanda yoldaşı İsmael Konenin itkisinin onlar üçün ağır olduğunu qeyd edib: “Bu hadisə bizi emosional cəhətdən sarsıtdı. Buna baxmayaraq, meydançaya qayıdıb işimizi gördük. Qarşıda İsveçrə ilə vacib oyun var. Daha yaxşı çıxış edə bilərik və bunu Konenin xatirinə etməyə çalışacağıq”.

Medianews.az

Bizə qoşulun