Medianews.az
Çin İranla bağlı iddiaları rədd etdi:
132 baxış

Çin İranla bağlı iddiaları rədd etdi: “Tamamilə uydurmadır”

Çin hökuməti İranı hava müdafiə sistemləri ilə təmin etməyə hazırlaşdığına dair iddiaları qətiyyətlə təkzib edib.

Medianews.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi xəbərləri “tamamilə uydurma” adlandırıb.

Məlumatlar ABŞ kəşfiyyatına istinadla yayılıb və guya silahların üçüncü ölkələr vasitəsilə göndərilə biləcəyi irəli sürülüb. Donald Trump da bu xəbərlərdən sonra Pekini xəbərdar edərək belə addımın ciddi nəticələr doğura biləcəyini bildirib.

Nazirliyin sözçüsü Quo Ciakun iddiaları əsassız sayaraq ölkəsinin hərbi ixracatda beynəlxalq qaydalara uyğun, məsuliyyətli siyasət yürüt­düyünü vurğulayıb.

Medianews.az

Bizə qoşulun