Azərbaycanın 2025-ci il büdcəsində 38 milyard 356 milyon manat gəlir, 41 milyard 407,6 milyon manat xərc nəzərdə tutulub.
Medianews.az Maliyyə Nazirliyinə istinadla bildirir ki, yanvar-oktyabr aylarında dövlət büdcəsi 32 milyard 891,4 milyon manat gəlir əldə edib. Dövlət Vergi Xidmətindən daxilolma 14 milyard 378,3 milyon manat, Dövlət Neft Fondundan köçürmə 12 milyard 67,5 milyon manat, Dövlət Gömrük Komitəsindən daxilolma 5 milyard 255,7 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə daxilolma 536,5 milyon manat, Əmlak Məsələləri Dövlət Xidmətindən daxilolma 38,6 milyon manat, başqa daxilolmalar 614,8 milyon manat göstərilir.
Dövlət büdcəsinin yanvar-oktyabr xərclərinin 27 milyard 720,6 milyon manat məbləğində rəsmiləşdiyi xəbər verilir.
Medianews.az