Medianews.az
Bu ölkədə nüvə müharibəsinin qarşısını almağın
281 baxış

Bu ölkədə nüvə müharibəsinin qarşısını almağın yolunu tapdılar

Avropa yenidən silahlanma siyasətinə son qoymalıdır, çünki bu, son nəticədə nüvə müharibəsinə gətirib çıxaracaq.

Publika.az xəbər verir ki, bunu Finlandiyanın milli-mühafizəkar “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema sosial şəbəkədəki səhifəsində yazıb.

"Biz Avropanı yenidən silahlandırmağı dayandırmalıyıq, bu, bizi nüvə müharibəsinə aparacaq", - Mema hesab edir.

O, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin silah istehsalını artırmaq üçün Avropa üçün Təhlükəsizlik (SAFE) proqramı çərçivəsində Avropa fondu ilə bağlı yazısına işarə edib.

Siyasətçi hesab edir ki, AK prezidentinin kursu yaxın illərdə Avropanı müharibəyə aparacaq.

Bizə qoşulun