Medianews.az
Bu meyvədə dəmir ətdən
92 baxış

Bu meyvədə dəmir ətdən daha çoxdur

Mütəxəssislər dəmir çatışmazlığından əziyyət çəkən insanlara quru əriki qida rasionuna daxil etməyi tövsiyə edirlər.

Medianews.az xəbər verir ki, araşdırmalara görə, quru ərik 100 qramda 2,66–3,17 mq dəmir ehtiva edir. Bu da toyuq, mal və donuz ətindəki göstəricilərdən yüksəkdir. Bununla belə, quru ərikdə olan dəmir qeyri-hem dəmir hesab olunur və orqanizm tərəfindən ət məhsullarındakı dəmirlə müqayisədə daha zəif mənimsənilir.

Mütəxəssislər quru ərikin C vitamini ilə zəngin qidalarla birlikdə istehlak edilməsinin dəmirin sorulmasını artırdığını bildirirlər.

Quru ərik həmçinin lif və kaliumla zəngindir. Bu xüsusiyyətləri sayəsində həzm sisteminin fəaliyyətini dəstəkləyir, ürək-damar sağlamlığına müsbət təsir göstərir və qan təzyiqinin tənzimlənməsinə kömək edir. Tərkibindəki antioksidantlar isə iltihabın azalmasına və hüceyrələrin qorunmasına dəstək verir.

Mütəxəssislər quru ərikdən faydalanmaq üçün onu normada istehlak etməyi məsləhət görürlər, çünki məhsulun tərkibində təbii şəkər miqdarı yüksəkdir.

Medianews.az

Bizə qoşulun