Medianews.az
Britaniyalı generaldan İranla bağlı ŞOK ETİRAF -
110 baxış

Britaniyalı generaldan İranla bağlı ŞOK ETİRAF - VİDEO

İranın Hind okeanındakı Dieqo Qarsiya bazasını hədəf ala biləcək 4000 kilometrlik “səssiz” raket imkanları beynəlxalq təhlükəsizlik müzakirələrini yenidən gündəmə gətirib.

Medianews.az xəbər verir ki, İranın uzaqmənzilli raket qabiliyyətinin artması xüsusilə Britaniyada ciddi narahatlıq yaradıb.

Kral Hərbi Hava Qüvvələrinin (RAF) keçmiş feldmarşalı Şon Bell açıqlamasında bildirib ki, İran Britaniyaya raket buraxacağı təqdirdə, onu radarlarla izləmək mümkün olsa da, qarşısını almaq çox çətin olacaq. O, canlı yayımda “Əgər İran Britaniyaya raket buraxsa, biz onu radarlarımızla izləyə bilərik, amma onu dayandırmaq üçün edə biləcəyimiz heç bir şey yoxdur” deyə bildirib.

İngiliz generalden çaresizliğin itirafı: İran füze fırlatırsa yapabileceğimiz hiçbir şey yok

Məlumata görə, İranın 4000 kilometri aşan raket mənzili nəzəri olaraq Hind okeanındakı Dieqo Qarsiya hərbi bazasını, eləcə də bəzi Avropa paytaxtlarını hədəf almağa imkan verə bilər. Bu isə Avropada təhlükəsizlik balansı ilə bağlı müzakirələri daha da gücləndirib.

Məşhur britaniyalı aparıcı Piers Morqan da sosial media hesabında İranın raket mənzili ilə bağlı dünyanı yanıltdığını iddia edib. O bildirib ki, İranın real raket mənzili açıqlanandan daha böyük ola bilər və bu, Qərb ölkələri üçün ciddi təhlükə yaradır.

İngiliz generalden çaresizliğin itirafı: İran füze fırlatırsa yapabileceğimiz hiçbir şey yok

Hərbi ekspertlər isə bildirirlər ki, ballistik raketlər atmosferdən çıxdıqdan sonra sürtünmənin azalması səbəbindən daha uzaq məsafələrə çata bilir. Bu isə o deməkdir ki, raketin yenidən atmosferə daxil olarkən idarə olunması texnologiyası bu tip silahlarda əsas rol oynayır.

Ekspertlərin fikrincə, İranın uzaqmənzilli raket texnologiyalarını inkişaf etdirməsi gələcəkdə daha uzun mənzilli raketlərin hazırlanması ehtimalını da artırır və bu məsələ Avropa təhlükəsizlik gündəminin əsas mövzularından birinə çevrilib.

Medianews.az

Bizə qoşulun