Medianews.az
Bir stəkan şərab "yuxu dərmanı" deyil -
76 baxış

Bir stəkan şərab "yuxu dərmanı" deyil - Xəbərdarlıq

"Axşam yatmazdan əvvəl içilən bir stəkan şərab yuxuya getməyi sürətləndirə bilər, lakin ümumilikdə yuxunun keyfiyyətini ciddi şəkildə pisləşdirir”.

Medianews.az xəbər verir ki, bunu nevroloq Yuliya Prokofyeva deyib.

Onun sözlərinə görə, alkoqol REM yuxu fazasını (sürətli yuxu mərhələsini) zəiflədir. Bu mərhələ yaddaş və emosional balans üçün vacibdir. Bundan əlavə, gecənin ikinci yarısında yuxunun tez-tez pozulmasına, susuzlaşmaya və boğaz əzələlərinin boşalmasına səbəb olur. Bu da xoruldama və hətta yuxu apnesi riskini artıra bilər.

Həkim həmçinin bildirib ki, hər kəs üçün “mütləq 8 saat yuxu” qaydası doğru deyil — insanlara fərqli yuxu müddəti lazımdır. Məcburi şəkildə yatmağa çalışmaq isə yuxusuzluq problemini daha da ağırlaşdıra bilər.

Bundan başqa, mütəxəssis melatonin preparatlarının nəzarətsiz istifadəsinə də qarşı çıxıb, onların yüksək dozada qəbulunun orqanizmin təbii hormon balansını poza biləcəyini qeyd edib.

Medianews.az

Bizə qoşulun