Medianews.az
Binada fəryad səsləri -
101 baxış

Binada fəryad səsləri - Qroznıda böyük yanğın – VİDEO

Çeçenistanın paytaxtı Qroznıda çoxmərtəbəli yaşayış binasında baş verən güclü yanğın sakinlər arasında panikaya səbəb olub. Alov binanın bir neçə mərtəbəsini bürüyüb.

Medianews.az xəbər verir ki, yanğın mayın 11-i axşam saatlarında binaların birinin yeddinci mərtəbəsində başlayıb və qonşu mərtəbələrə yayılıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə insanların təşviş içində binanı tərk etdiyi, xilasedicilərin isə yanğın nərdivanı vasitəsilə mənzillərdə insan qalıb-qalmadığını yoxladığı görünür.

Qroznı meri Has-Maqomed Kadırov bildirib ki, mayın 12-nə keçən gecə yanğın tam söndürülüb və bütün sakinlər vaxtında təxliyə edilib. Bir neçə nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Ölənlərin olması ilə bağlı məlumatların həqiqəti əks etdirmədiyi vurğulanıb.

Medianews.az

Bizə qoşulun