Medianews.az
“Beşiktaş” “Barselona”nın ulduzu üçün
211 baxış

“Beşiktaş” “Barselona”nın ulduzu üçün hərəkətə keçdi

“Beşiktaş” “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegenlə maraqlanır.

Publika.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Türkiyə klubu 33 yaşlı qolkiperini qışda 2025/26 mövsümünün sonuna qədər icarəyə götürmək istəyir. “Beşiktaş” futbolçunun maaşının bir hissəsini öz üzərinə götürməyə hazırdır. Bildirilir ki, klub artıq kataloniyalılarla və qapıçının ətrafı ilə əlaqə saxlayıb və onu “Beşiktaş”a transfer olmağa razı salmağa çalışır.

Ter Ştegen 2014-cü ildən “Barselona”da çıxış edir. Bu müddətdə onun hesabında 422 oyun var və 175-də qapısını toxunulmaz saxlamağı bacarıb. Almaniyalı qapıçının müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” portalı onun dəyərini 8 milyon avro olaraq göstərir.

Bizə qoşulun