Medianews.az
Benzin və dizel durmadan bahalaşır: ABŞ-də son qiymətlər
125 baxış

Benzin və dizel durmadan bahalaşır: ABŞ-də son qiymətlər

ABŞ-nin yanacaqdoldurma məntəqələrində 1 qallon (3,785 litr) benzinin orta qiyməti 3,72 dollara yüksəlib.

Medianews.az Birləşmiş Ştatlarda 60 mindən çox yanacaqdoldurma məntəqəsində qiymətləri izləyən Amerika Avtomobil Assosiasiyasına istinadla xəbər verir ki, 1 qallon benzinin 3,72 dollar satılması 2023-cü il oktyabrın 7-dən bəri qeydə alınan ən yüksək göstəricidir.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayandan bəri ABŞ-də 1 qallon benzinin qiyməti 74 sent bahalaşıb.

Dizel yanacağının qiyməti daha sürətlə artıb. Müharibə başlanandan sonra dizel 1,24 dollar bahalaşaraq orta hesabla 4,99 dollara çatıb. Beləliklə, dizelin qiyməti 2022-ci ilin dekabrından bəri ilk dəfə olaraq 5 dollarlıq həddə yaxınlaşıb.

Yanacağın bahalaşması artıq nəqliyyat sektoruna da təsir göstərir. Bəzi yükdaşıma şirkətləri yanacaq xərclərinin artması səbəbindən əlavə yanacaq rüsumları tətbiq etməyə başlayıb. Bu əlavə xərclərin son nəticədə istehlakçılara ötürüləcəyi ehtimal olunur.

Medianews.az

Bizə qoşulun