Bəhreyndə dron hücumu nəticəsində suyun duzsuzlaşdırılması zavodlarından birinə maddi ziyan dəyib.
Medianews.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücum İran mənşəli pilotsuz uçuş aparatı ilə həyata keçirilib və nəticədə su duzsuzlaşdırma obyektində müəyyən dağıntılar qeydə alınıb.
Bu hadisə İranın xarici işlər naziri Abbas Əraqçinin ABŞ-nin ölkənin cənubunda yerləşən Qeşm adasında şirin su duzsuzlaşdırma zavoduna zərbə endirdiyini bildirməsindən bir gün sonra baş verib.
Bəhreyn tərəfinin açıqlamasından sonra İran rəsmiləri hadisə ilə bağlı hələlik hər hansı rəsmi şərh verməyib.
Qeyd edək ki, Fars körfəzi ölkələrinin əksəriyyəti əhalinin içməli su tələbatını əsasən duzsuzlaşdırılmış dəniz suyu hesabına təmin edir.