Medianews.az
"Barselona"dan transfer bombası:
113 baxış

"Barselona"dan transfer bombası: Levandovskinin yerinə Keyn

"Barselona" "Bavariya"nın və İngiltərə millisinin ulduz hücumçusu Harri Keyni transfer etmək istəyir.

Medianews.az xəbər verir ki, Kataloniya klubu artıq futbolçunun nümayəndələri ilə əlaqə saxlayaraq marağını ifadə edib.

Robert Levandovskiyə əvəzləyici axtaran "Barselona" rəhbərliyi ingilis forvardın keçidi üçün ən kiçik şansı belə dəyərləndirməyə hazırdır. İspanlar bu məsələyə Dünya Çempionatı başa çatdıqdan sonra rəsmən qayıtmağı planlaşdırır.

Hazırda transfer dəyəri 60 milyon avro qiymətləndirilən 32 yaşlı Keynin Münhen klubu ilə müqaviləsinin bitməsinə cəmi bir mövsüm qalıb. Futbolçunun özü hazırkı klubunda xoşbəxt olsa da, tərəflər gələcək taleyi barədə qəti qərarı DÇ-2026-dan sonra verəcəklər.

Medianews.az

Bizə qoşulun