Medianews.az
Bakıdan İrəvana tarixi səsləniş -
52 baxış

Bakıdan İrəvana tarixi səsləniş - Paşinyan da mövqeyini bildirməlidir

“Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı İrəvanda keçirilsə də, Azərbaycansız keçinmək mümkün olmadı. Ermənistan paytaxtına toplaşanlar Bakıya birbaşa bağlantı halında Prezident İlham Əliyevi dinləməli oldular. Bu, Azərbaycanın Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqdır.

Digər tərəfdən, Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan liderini təqdimatı da xüsusi qeyd olunmalıdır. İrəvandan Bakıya xitabən beləcə deyildi: “Azərbaycan Respublikası Prezidenti İlham Əliyev canlı videobağlantı vasitəsi ilə sammitə qoşulur. Buyurun, cənab Prezident!”. Və Azərbaycanın dövlət başçısı “Bakıdan salamlar!”, deyərək çıxışına başlayır.

AŞPA-da Azərbaycan əleyhinə səsverməni necə təşkil ediblər?

Avropa Parlamenti və AŞ PA-da belə mənzərəni heç arzulamırdılar. Hələ gorbagor olmuş Minsk Qrupunun həmsədrlərini demirik. Onlar Azərbaycan və Ermənistan arasında sülh prosesini hələ çox onilliklər davam etdirmək, ölüncə “vasitəçilik” etmək, dövranlarını sürmək istəyirdilər. Torpaqlarımızı azad etdikdən sonra Azərbaycana qarşı faktiki olaraq sanksiya qərarı verən AŞ PA ilə birgə Avropa Parlamenti də kirimək bilmir. Azərbaycan Prezidentinin İrəvan sammitinin iştirakçılarına xitabən sadaladığı faktlar əslində ifşa çıxışı oldu.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkür etməklə yanaşı, təəssüflə qeyd edib ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir.

Sitat: “Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA). Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindən biri idim. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoyduq. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir”.
Azərbaycan bayrağı - Füyuzat Jurnalı

Prezident ardınca Avropa Parlamentinin də iç üzünü İrəvan toplantısının iştirakçılarına təqdim etdi:

“Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib”.

Belə. Hər iki qurumun Azərbaycana qarşı riyakar mövqeyinin, ədalətsiz münasibətinin lakonik şəkildə ifadəsidir. Bundan dərs çıxaracaqlarmı? Demək çətindir. Amma istənilən halda söz deyildi, ən yüksək səviyyədə! Həm də o baxımdan mühüm əhəmiyyət kəsb edir ki…

Prezidendən sitat: “Nəzərə alsaq ki, “Avropa Siyasi Birliyi”nin Zirvə görüşlərində biz öz fikirlərimizlə və narahatlıq doğuran məsələlərlə açıq şəkildə mübadilə edirik, mən, sadəcə, bu halda baş verənlər barədə həmkarlarımızı məlumatlandırmaq istədim ki, son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın”.

Bu qeydlərdən sonra istəyir AŞ PA Azərbaycanla bağlı iddialarında “göyə çıxsın, özünü oradan yerə çırpsın”. Yaxud Avropa Parlamenti qarşıdakı “beşillik”də də, daha 14 qətnamə qəbul etsin, heç bir mənası olmayacaq! Azərbaycana qarşı hətta işğal illərində təzyiq siyasəti yürüdünlər var idi, sonradan başları əhləd daşına dəydi və Bakıya üzrxahlıq üçün gəldilər. Beynəlxalq hüquqa istinadən addımlar atan, həm də Avropa dəyərlərini əsas götürən, eyni zamanda AŞ PA-nın Sərsəng su anbarı ilə bağlı qətnaməsinin üzünü ağ edən, Ermənistana xitabən “Qarabağa əsgər göndərməyin” çağırışı ayaqlar altına atılan Avropa Parlamentinin də çağırışına sayğısızlığın cavabını işğalçıya verməyi bacaran Azərbaycan üçün bundan sonrakı təzyiqlərin heç bir mənası yoxdur!   

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin anadan  olmasının 60 ili tamam olur. | Azərbaycan Respublikası Ağdaş Rayon İcra  Hakimiyyəti

Prezident İlham Əliyevin yaxşıları və pisləri necə zərgər dəqiqliyi ilə ayırdığı, avropalı təsisat və liderlərə nə qədər ədalətli mövqedən yanaşdığı elə digər fikirlərindən də aydın şəkildə göründü: ““Avropa Siyasi Birliyi”nin Zirvə görüşündə çıxış üçün etdiyi dəvətə görə Prezident Koştaya təşəkkürümü bildirmək istəyirəm. Prezident Koştanın Azərbaycana iki aydan az vaxt əvvəl etdiyi səfəri zamanı biz Zirvə görüşündə iştirakımı müzakirə etdik və razılaşdıq ki, mən tədbirə videobağlantı formatında qoşulacam”. Dövlətimizin başçısı bununla həm də deyir ki, onun özünə, ölkəsinə hörmətlə yanaşanlara hörmət qoyulacaq, təşəbbüsləri qiymətləndiriləcək, amma kimsə onu nəyəsə məcbur edə bilməz, necə ki, İrəvan toplantısına onlayn qatılmağa qərar verib. Bu, Ermənistanın COP29-a münasibəti qarşılığında onlara böyük mükafatdır, humanist münasibətdir. Görünür məhz Azərbaycan Prezidentinin bu sözlərindən sonra Nikol Paşinyan “Avropa Siyasi Birliyi”nin 2028-ci il Sammitində iştirak üçün Bakıya gəlmək niyyətində olduğunu açıqlayıb. Hər halda gözləyək...

Bakıdan İrəvana səslənişdə çox şeylər var idi. Ermənistanla Azərbaycanı yenə də üz-üzə qoymaq istəyən, Bakıda cəzasını çəkən erməni separatçılarının, Qarabağdan könüllü getmiş ermənilərin adından sui-istifadə etmək istəyənlərin cavabı verildi. Və cəmi doqquz aydır sülh şəraitində olduğumuz halda, Azərbaycanın 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması, indiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yükün çatdırılması, ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başlamağımız, 12 min ton neft məhsullarımızı Ermənistana ixrac etdiyimiz barədə faktlar sadalandı.  Həm də “Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu”nun – Zəngəzur  Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcəyi və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcəyi də qətiyyətli şəkildə bəyan olundu. Avropa Parlamenti, AŞ PA “qulağından sırğa etsin”, “həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görür!”  

Paşinyan: Azərbaycanla müharibə olmayacaq

Baş nazir Paşinyanı “Avropa Siyasi Birliyi”nin Zirgə görüşünün Ermənistanda keçirilməsi ilə bağlı təbrik edən Prezident Əliyev yekun fikirləri ilə bütün anti-sülh koalisiyasının cəhdlərini darmadağın etmiş oldu: “Bildirirəm ki, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və ermənistanlı həmkarımın şərhləri bunu aydın şəkildə göstərir”.

Hesab edirik ki, Bakıdan İrəvana tarixi səslənişdən sonra qaranlıq otaqlarda qara planlar quranlar özləri üçün dərs çıxaracaqlar. Eyni zamanda Nikol Paşinyan da mövqeyini bildirməlidir, üzümüzə gülüb, sülhdən danışıb, təşəkkür söyləyib, arxada həmin qara qüvvələrin fikirlərinə sakit qalmamalıdır! Açıq şəkildə o da Avropa Parlamenti və AŞ PA-ya deməlidir: “Bizdən əl çəkin, imkan verin, sülhə gələk, qonşuluq edək, normal adam, normal ölkə kimi yaşayaq!” 

Elşad PAŞASOY

Bizə qoşulun