Bakıda avtomobildən külli miqdarda qızıl oğurlanıb.
Medianews.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Rayon ərazisində taksi fəaliyyəti göstərən BYD markalı avtomobildən 9 300 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, T.Hacıyev müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin əyləşdiyi taksidə özündən əvvəlki müştərinin unutduğu qızılları oğurladığı məlum olub.//Oxu.Az