Bakıda bacısının keçmiş ərinin üzərinə benzin töküb yandırmaqda təqsirləndirilən Məhərrəm Hüseynzadənin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Medianews.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Məhərrəm Hüseynzadə 16 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı onun 18 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Qeyd edək ki, hadisə ötən ilin mayın 29-u gecə saatlarında baş verib. İttihama görə, Məhərrəm Hüseynzadə bacısının keçmiş əri Zəhmət Əhmədovun üzərinə aralarında yaranmış mübahisə zamanı benzin tökərək od vurub. Zərərçəkən bir gündən sonra müalicə aldığı Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsində vəfat edib.
Məhərrrəm Hüseynzadə barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.