Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində qəza baş verib.
Medianews.az xəbər verir ki, "Mercedes" markalı yük avtomobili TIR-la toqquşub. Nəticədə "Mercedes"in sürücüsü 36 yaşlı Heydər Hüseyngil hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nin sorğusuna cavab olaraq bildirilib bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır./Apa