Medianews.az
Paşinyan Bakıya gəlmək istəyir —
199 baxış

Paşinyan Bakıya gəlmək istəyir — Bu tarixdə

"Ümid edirəm ki, 2028-ci ildə "Avropa Siyasi Birliyi"nin zirvə toplantısına ev sahibliyi edəcəyi zaman Azərbaycana səfər etmək imkanım olacaq". Medianews.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan mayın 4-ü İrəvanda keçirilən İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısının plenar iclasında belə deyib.

O, xatırladıb ki, Azərbaycan Prezidenti ilk dəfədir ki, videoformatda olsa da, Ermənistanda keçirilən tədbirdə iştirak edir.

Paşinyan əlavə edib ki, Ermənistan və Azərbaycan "Avropa Siyasi Birliyi”nin zirvə toplantılarına ev sahibliyi etmək üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyir.

O, həmçinin qeyd edib ki, Türkiyə Prezidenti ilə ilk görüşü Praqada Avropa Siyasi Birliyinin birinci zirvə toplantısı çərçivəsində baş tutub.

Paşinyan qeyd edib ki, Türkiyənin vitse-prezidenti bu gün İrəvanda keçirilən toplantıda iştirak edir. Baş nazir əlavə edib ki, bu, Türkiyənin vitse-prezidentinin Ermənistana ilk səfəridir.

Medianews.az

Bizə qoşulun