Medianews.az
Bakı Olimpiya Stadionu
114 baxış

Bakı Olimpiya Stadionu ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb

Bakı Olimpiya Stadionu ABŞ-nin Müstəqillik Günü ilə bağlı bu ölkənin bayrağının rəngləri ilə işıqlandırılıb.

Medianews.az xəbər verir ki, ABŞ-nin ölkəmizdəki səfirliyi bununla bağlı Azərbaycana təşəkkür edib.

"Təşəkkür edirik, Azərbaycan! ABŞ iyulun 4-də Amerika müstəqilliyinin 250 illiyini qeyd etməyə hazırlaşarkən, çərşənbə axşamı Bakının möhtəşəm Olimpiya Stadionunun ABŞ bayrağının qırmızı, ağ və mavi rənglərinə bürünməsi bizi çox sevindirdi. Bu dəyərli jest Amerika və Azərbaycan xalqları arasında davamlı dostluğun, qarşılıqlı hörmətin və möhkəm tərəfdaşlığın gözəl rəmzidir", - məlumatda qeyd olunub.

Bizə qoşulun