Yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8,1 faiz, idxal 8,3 faiz, ixrac 7,9 faiz azalıb.
Medianews.az hesabatı yayan Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, doqquz ayda Azərbaycanın hüquqi və fiziki şəxsləri 173 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 115 ölkəyə ixrac, 168 ölkədən idxal rəsmiləşib.
35 milyard 402,7 milyon dollarlıq xarici ticarət dövriyyəsinin 52,6 faizinin ixracın, 47,4 faizinin idxalın payına düşdüyü xəbər verilir, əsas ticarət tərəfdaşları belə sıralanır: İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, ABŞ, Böyük Britaniya, Çexiya, Yunanıstan, Gürcüstan, Bolqarıstan, Qazaxıstan, Xorvatiya, Rumıniya, İsveçrə, İran, Portuqaliya, Ukrayna, Avstraliya, Özbəkistan, Belarus.
Medianews.az