Dövlət Statistika Komitəsinin hesabatına görə, fevralda Azərbaycanda istehlak qiymətləri 2025-ci ilin eyni ayına nisbətən 5,7 faiz artıb, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları 6,8 faiz, qeyri-qida məhsulları 3,7 faiz, əhaliyə ödənişli xidmətlər 5,7 faiz bahalaşıb.
Medianews.az bildirir ki, başqa bir rəsmi açıqlama fevralın 1-nə muzdlu işçilərin sayını 1 milyon 782 min nəfər, onların orta aylıq nominal əməkhaqqını 1103,8 manat göstərir.