Bu gün Azərbaycandan tranzit keçməklə 30 vaqon rusiyamənşəli propan qazı Ermənistana göndəriləcək.
Medianews.az "Report"a istinadən xəbər verir ki, qatar Biləcəri stansiyasından yola düşəcək.
İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 1 600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.
Azərbaycandan Ermənistana isə 8 500 tondan çox dizel, 979 ton "Aİ-92" benzini və 2 955 ton "Aİ-95" benzini ixrac olunub.