Medianews.az
Niko Uilyamsdan etiraf:
94 baxış

Niko Uilyamsdan etiraf: "Pis vərdişlərim var idi"

"Atletik Bilbao"nun və İspaniya millisinin hücumçusu Niko Uilyams geridə qalan mövsümdə qarşılaşdığı çətinliklər və peşəkar karyerasındakı köklü dəyişikliklər barədə səmimi açıqlamalar verib.

Medianews.az xəbər verir ki, 23 yaşlı futbolçu, əvvəllər rejimə əməl etmədiyini etiraf edib:

"Həm qidalanma, həm qaçılmaz yuxu rejimi baxımından bir futbolçu üçün çox zərərli vərdişlərim var idi. Əvvəllər məşq bazasından çıxan kimi məşqi unudurdum, günün ikinci yarısını sevgilimlə, dostlarımla keçirirdim. İndi isə hər şey fərqlidir, özümə daha çox diqqət yetirirəm. Anam, sevgilim, üç yaxın dostum və qardaşım bu müddətdə mənə ən böyük dəstək olan insanlardır. Yaxşı ki, bu səhvləri daha gec yox, məhz 23 yaşımda anladım. Həqiqətən çox ağır bir il oldu". 

Xatırladaq ki, Niko Uilyams DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Uruqvaya qarşı keçirilən oyunda (1:0) sağ ayağından zədə alıb. Həkimlər ona yaxınlaşdırıcı əzələnin zədələnməsi diaqnozu qoysalar da, İspaniya millisi turnirdə irəliləyə bilsə, onun yenidən meydana qayıtmaq ehtimalı var.

Qeyd edək ki, DÇ-2026-nın 1/8 final mərhələsi çərçivəsində İspaniya millisi bu gün, iyulun 6-da Portuqaliya ilə qarşılaşacaq.

Medianews.az

Bizə qoşulun