Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə görə, iyunun 1-də 100 Türkiyə lirəsi 3 manat 70 qəpiyə bərabərdir. Medianews.az bildirir ki, bu, ilin siftəsindən 25 qəpik aşağı göstəricidir. 2026-cı il 3 manat 95 qəpiklə başlamışdı.
Start qiyməti 1,9859 manat olmuş avro hazırda banklara 1,9802 manata satılır.
Gürcüstan larisinin kursu beş ayda 0,6305 manatdan 0,6386 manata, 100 Rusiya rublunun kursu 2,1157 manatdan 2,3836 manata yüksəlib.
ABŞ dolları 2018-ci il martın 7-dən 1,7 manatadır.