Fövqəladə Hallar Nazirliyinin “112” qaynar Mingəçevir şəhərində yerləşən hoteldə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Medianews.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində otelinin 1-ci mərtəbəsində yerləşən saunada baş vermiş yanğın genişlənməsinə, o cümlədən otelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sauna 35kv.m. sahədə yanıb.
Saunanın qalan hissəsi və otel binası yanğından mühafizə edilib, xəsarət alan olmayıb.