Medianews.az
Azərbaycan Kitab Mükafatı olacaqmı? -
127 baxış

Azərbaycan Kitab Mükafatı olacaqmı? - 50 min manatlıq mükafat nə yerdə qaldı?

Ötən ilin dekabrında belə bir məlumat yayıldı ki, 2026-cı ildə dövlət səviyyəsində Azərbaycan Kitab Mükafatı təsis olunacaq. Məlumatda deyilirdi ki, 50 min manatlıq mükafat hər il bir müəllifə veriləcək, qalib əsər xarici dillərə tərcümə edilib yayılacaq.

Müsabiqəyə nəsr (roman və hekayə) və poeziya (şeir və mənzum hekayə) nümunələrini nəşriyyatların və ədəbi orqanların təqdim edəcəyi, birinci mərhələdə - sentyabr ayında ekspertlərin 10 əsərdən ibarət uzun siyahı hazırlayacağı, noyabr ayında xüsusi komissiyanın 5 əsərdən ibarət qısa siyahını müəyyənləşdirəcəyi, həmin ay laureatın elan olunacağı bildirilmişdi.

2026-cı ilin beşinci ayını yarılamışıq. Azərbaycan Kitab Mükafatı təsis olunubmu? Olunubsa, nəşriyyatlar və ədəbi orqanlar müsabiqəyə nəsr (roman və hekayə) və poeziya (şeir və mənzum hekayə) nümunələrini təqdim etməyə başlayıbmı? Ümumiyyətlə məsələ nə yerdədir?

Mövzu ilə bağlı Medianews.az saytı Mədəniyyət Nazirliyinə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, Azərbaycan Kitab Mükafatı ilə bağlı təşəbbüs hazırda konseptual və təşkilati hazırlıq mərhələsindədir: “Layihənin hüquqi və institusional mexanizmləri üzərində iş aparılır, aidiyyəti tərəflərlə müzakirələr davam edir”.

Nailə Qasımova, 
Medianews.az

Bizə qoşulun