Medianews.az
Azərbaycan İslandiyaya
182 baxış

Azərbaycan İslandiyaya məğlub oldu

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün Bakıda üz-üzə gələcək Azərbaycan və İslandiya yığmalarının start heyətləri açıqlanıb.

Axar.az xəbər verir ki, komandalar saat 21:00-da başlayacaq matçda meydana aşağıdakı heyətlərlə çıxacaq:

Azərbaycan: Aydın Bayramov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Elvin Bədəlov, Abbas Hüseynov, Emin Mahmudov, Xəyal Əliyev, Anatoli Nuriyev, Rüfət Abbasov, Nəriman Axundzadə, Toral Bayramov.

Baş məşqçi: Ayxan Abbasov.

İslandiya: Elias Rafn Olafsson, Daniel Leo Qretarsson, Sverrir İnqi İnqason, Viktor Palsson,

Mikael Eqill Ellertsson,İsak Berqmann Yohannesson, Hakon Arnar Haraldsson, Kristian Hlinsson, Yohann Berq, Mikael Andri Qudyonsen, Albert Qudmundsson.

Baş məşqçi: Arnar Qunnlauqsson.

***

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan - İslandiya matçına start verilib.

Qarşılaşma 8-ci km qəsəbə stadionunda keçirilir.

Matçı monteneqrolu baş hakim Nikola Dabanoviç idarə edir.

***

Azərbaycan - İslandiya oyununda hesab açılıb.

Matçda Albert Qyudmyundsson fərqlənib.

O, 20-ci dəqiqədə adını tabloya yazdırıb.

***

İnqason görüşün 39-cu dəqiqəsində fərqi artırdı: 0-2.

***

Qarşılaşma İslandiya millisinin 2:0 hesablı qələbəsi ilə başa çatdı.

Bizə qoşulun