Medianews.az
4 aylıq körpəni görən Ərdoğan görün nə etdi... -
270 baxış

4 aylıq körpəni görən Ərdoğan görün nə etdi... - FOTO

Adıyamanda zəlzələdən ziyan görənlər üçün inşa edilən 350 mininci mənzilin açarının təhvil mərasimi məqsədilə şəhərə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yolüstü maraqlı anlar yaşadıb.

Musavat.com xəbər verir ki, mərasimə gedərkən yol kənarında onu qarşılayan vətəndaşların arasında 4 aylıq bir körpəni görən prezident Ərdoğan korteji dərhal saxlatdırıb və körpənin yanına gedib.

Muhəmməd Fatih Karanfil adlı körpəni qucağına alan Rəcəb Tayyib Ərdoğan ona qızıl bağışlayıb. Prezident həmçinin ətrafda dayanan uşaqlara oyuncaqlar hədiyyə edib.

Bizə qoşulun