Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub.
Medianews.az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edən “Chevrolet” markalı nəqliyyat vasitəsinin sürücüsü Bayram Əhmədov saxlanılıb.
Məhkəmənin qərarı ilə sürücü B.Əhmədovun nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, inzibati qaydada həbs edilib.