Medianews.az
“Avroviziya 2026” yarımfinalçılarının çıxış ardıcıllığı
129 baxış

“Avroviziya 2026” yarımfinalçılarının çıxış ardıcıllığı

Medianews.az “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsi yarımfinalçılarının çıxış ardıcıllığına nəzər salıb:

Birinci yarımfinal (12 may)

Moldova
İsveç
Xorvatiya
Yunanıstan
Portuqaliya
Gürcüstan
Finlandiya
Monteneqro
Estoniya
İsrail
Belçika
Litva
San Marino
Polşa
Serbiya

İkinci yarımfinal (14 may)

Bolqarıstan
Azərbaycan
Rumıniya
Lüksemburq
Çexiya
Ermənistan
İsveçrə
Kipr
Latviya
Danimarka
Avstraliya
Ukrayna
Albaniya
Malta
Norveç.

Avstriyanın paytaxtı Vyananın ev sahibi olacağı yarışda hər yarımfinaldan finala 10 vəsiqə var. Almaniya, Avstriya, Böyük Britaniya, Fransa və İtaliya müsabiqəyə finalda (16 may) qoşulacaq.

Azərbaycanı Cəmilə Həşimova təmsil edəcək.

İctimai teleradiolar qurumu - Avropa Yayım Birliyinin layihəsi olan “Avroviziya” müsabiqəsində 1956-cı ildən başlayaraq İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Avstriya, Norveç və Ukrayna 3, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib.

Medianews.az

Bizə qoşulun