Medianews.az
Avropa Liqasında həyəcan: "Qarabağ"ın II təsnifat mərhələsindəki
102 baxış

Avropa Liqasında həyəcan: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi kim olacaq?

Bu gün "Qarabağ" futbol klubunun UEFA Avropa Liqasının 2026/27 mövsümünün II təsnifat mərhələsində qarşılaşacağı potensial rəqibinin adına aydınlıq gələcək.

Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında təşkil olunacaq və tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Ağdam təmsilçisi "Qarabağ" növbəti raundun püşkatmasında yenidən səpələnmişlər səbətində qərarlaşaraq aşağıdakı komandalardan biri ilə üz-üzə gələ bilər:

"Beşiktaş" (Türkiyə), "Tvente" (Niderland), "Tromse" (Norveç), "Sankt Qallen" (İsveçrə), "Hammarbü" (İsveç), həmçinin "Şerif" (Moldova) - "Aluminiy" (Sloveniya), "Dinamo" (Kiyev, Ukrayna) - "Universtatya" (Kluj, Rumıniya), "Hayduk" (Xorvatiya) - "Jilina" (Slovakiya) və ÇSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütlərinin qalibləri.

Xatırladaq ki, "Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində İslandiyanın "Vestri" klubu ilə mübarizə aparacaq. Sözügedən mərhələnin qarşılaşmaları iyulun 9-da və 16-da baş tutacaq.

Bizə qoşulun