Kardioloq Daryuş Mozafaryanın sözlərinə görə, ürək sağlamlığı üçün ən faydalı qidalardan biri avokadodur.
Medianews.az-ın xəbərinə görə, mütəxəssis bildirir ki, avokado tərkibindəki faydalı doymamış yağ turşuları sayəsində qanda "pis" xolesterinin səviyyəsini azaltmağa kömək edir.
Bu isə ürək-damar xəstəlikləri və insult riskinin azalmasına müsbət təsir göstərə bilər.
Avokado həmçinin liflə zəngindir. Cəmi yarım avokado insanın gündəlik lif ehtiyacının təxminən 20 faizini qarşılayır. Lif xolesterinin orqanizmdən xaric olunmasına kömək edərək ürək sağlamlığını dəstəkləyir.
Məhsulun tərkibində yüksək miqdarda kalium da mövcuddur. Kalium qan təzyiqinin tənzimlənməsinə kömək edir və natriumun mənfi təsirlərini azaldır. Bu xüsusiyyət hipertoniya riskinin qarşısının alınmasında mühüm rol oynayır.
Bundan əlavə, avokado antioksidantlarla zəngindir. Bu maddələr iltihabı və oksidləşdirici stresi azaltmağa, damarların qorunmasına və ateroskleroz riskinin aşağı düşməsinə kömək edir.
Mütəxəssislər avokadonun salatlarda, smuzilərdə, sendviçlərdə və müxtəlif qəlyanaltılarda istifadə edilə biləcəyini qeyd edirlər.
Medianews.az