Medianews.az
"Atletiko" Alvaresi satmaqdan
97 baxış

"Atletiko" Alvaresi satmaqdan imtina edir

"Atletiko" hücumçu Xulian Alvaresin transfer hüquqları üçün təklif olunan təxminən 150 milyon avroluq məbləği rədd etməyə hazırlaşır.

Bu barədə "Sky Sports"a istinadən xəbər verir.

Mənbənin bildirdiyinə görə, İspaniya klubu 26 yaşlı argentinalı futbolçunu komandada saxlamaq məsələsində qətiyyətlidir. "Arsenal", "Barselona" və PSJ-nin futbolçu ilə maraqlanmasına baxmayaraq, hətta bu həcmdə böyük bir təklif belə klubu onu satmağa razı sala bilmir.

Alvares 2024-cü ilin avqust ayından etibarən "Atletiko"da çıxış edir və onun müqavilə müddəti 30 iyun 2030-cu ilə qədərdir. 2025/26 mövsümündə hücumçu meydana çıxdığı 47 matçda 19 qol vurub və 9 məhsuldar ötürmə müəllifi olub. Hazırda "Transfermarkt" portalı oyunçunun bazar dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Qeyd edək ki, "Atletiko" aprelin 29-da Çempionlar Liqasının ilk yarımfinal oyunu çərçivəsində öz meydanında "Arsenal"ı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.//Operativ Media

Bizə qoşulun