Medianews.az
Atəşkəs təklifi ABŞ-yə göndərildi:
148 baxış

Atəşkəs təklifi ABŞ-yə göndərildi: Trampdan İranla bağlı yeni açıqlama

Pakistan vasitəçiliyi ilə İran tərəfindən hazırlanmış yenilənmiş atəşkəs təklifi ABŞ-yə çatdırılıb.

Medianews.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trump “Fortune” jurnalına müsahibə verib.  

O müsahibəsində İranla münasibətlərə toxunaraq Tehranın razılaşma imzalamağa hazır olduğunu iddia edib.

Tramp həmçinin İran münaqişəsinin qlobal iqtisadiyyata təsir etdiyini, xüsusilə faiz siyasətinə və inflyasiyaya mənfi təsir göstərdiyini bildirib.

Onun sözlərinə görə, İran tərəfi danışıqlarda sərt mövqe nümayiş etdirsə də, qapalı görüşlərdə razılaşma əldə etməyə daha meyillidir. Tramp mövcud danışıqları qeyri-sabit və ziddiyyətli adlandırıb.

Medianews.az

 

Bizə qoşulun