Astrologiya ilə bağlı yayılan fikirlərə görə, bəzi insanlar həyatlarının böyük sevgisi ilə digərlərindən daha gec qarşılaşırlar.
Medianews.az-ın məlumatına görə, mütəxəssislər hesab edirlər ki, yanvar, aprel, avqust və noyabr aylarında doğulan şəxslər ciddi münasibətlərə daha yetkin yaşlarda hazır olurlar.
Bildirilir ki, bu insanlar gənclik illərində daha çox təhsil, karyera, şəxsi inkişaf və həyat təcrübəsi qazanmağa üstünlük verirlər. Məhz buna görə də onlar münasibətlərdə tələsmir və özlərinə uyğun tərəfdaş seçməyə çalışırlar.
Yanvarda doğulanlar adətən səbirli və məqsədyönlü olduqları üçün sabit həyat qurduqdan sonra ailə və münasibətlər barədə düşünürlər. Apreldə doğulanlar isə macərapərəst və enerjili olduqlarından emosional yetkinliyə çatdıqdan sonra ciddi münasibətlərə meyl göstərirlər.
Avqust ayında doğulanlar dərin emosional bağlılıq axtarır, səthi münasibətlərlə kifayətlənmirlər. Noyabrda doğulanlar isə güclü intuisiya və ehtiyatlı xarakterləri ilə seçilir, ürəklərini hər kəsə açmır və uyğun insanı gözləməyi üstün tuturlar.
Astroloqların fikrincə, bu insanların gec yaşlarda qarşılaşdığı sevgi daha möhkəm, şüurlu və uzunömürlü olur.
Qeyd edək ki, bu yanaşmalar elmi faktlara deyil, astroloji inanclara əsaslanır.
Medianews.az