Londonun "Arsenal" klubu "Atalanta"nın qapıçısı Marko Karnesekki ilə maraqlanır.
Bu haqda ”Tutto Atalanta" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 25 yaşlı italiyalı qolkiperin transferi 2026-cı ilin yayına nəzərdə tutulur. Karnesekki hazırda A Seriyasının ən istedadlı qapıçılarından biri hesab edilir.
O, 2019-cu ilin iyulundan "Atalanta"da çıxış edir və klubla müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir. 2025/26 mövsümündə bütün turnirlərdə 50 matça çıxan qapıçı 56 qol buraxıb, 17 görüşdə isə qapısını toxunulmaz saxlayıb.
"Transfermarkt" portalı futbolçunun bazar dəyərini 30 milyon avro olaraq qiymətləndirir.//Operativ Media