İngiltərə Premyer Liqasında “Arsenal” liderliyini möhkəmləndirib.
Medianews.az-ın məlumatına görə, London təmsilçisi ən yaxın rəqibi “Mançester Siti” ilə xal fərqini 9-a çatdıraraq çempionluq yolunda böyük üstünlük əldə edib.
Komandanın baş məşqçisi Mikel Arteta rəhbərliyi altında “Arsenal” tarixi uğura yaxınlaşıb. Klub sonuncu dəfə İngiltərə Premyer Liqası çempionluğunu 2003–2004 mövsümündə qazanmışdı.
Mövsümün həlledici mərhələsinə daxil olunduğu bir vaxtda “Arsenal”ın xal üstünlüyünü artırması komandanın 22 ildən sonra yenidən İngiltərə çempionu olmaq şansını xeyli yüksəldib.
Medianews.az