Sosial şəbəkələrdə üzünə arı daraşmış zaqatalalı gəncin videosu qısa müddətdə gündəm olub.
Medianews.az xəbər verir ki, gənc arıçı videonu öz instaqram hesabında paylaşıb.
O, videoda arıların davranışının səbəbini belə izah edib: “Arılar beçə verəndə pətəkləri tərk edirlər. Yeni bir yuva axtarırlar. Yuva tapana qədər isə müvəqqəti dayanmaq üçün bir yer seçirlər. Bu arılar ağaca toplaşmışdı. Ana arını götürüb qəfəsin içinə yerləşdirdim, sonra da iplə çənəmə bağladım. Məqsədim arıların saqqal kimi üzümə yığışıb-yığışmayacağını yoxlamaq idi”.
Görüntülər qısa vaxtda izləyicilərin böyük marağına səbəb olub.
Medianews.az
View this post on Instagram