Səudiyyə Ərəbistanının ən güclü klublarından biri olan "Al Hilal", gənc futbolçu Arda Gülər üçün dünya futbol tarixində nadir rast gəlinən təklif hazırlayıb.
Medianews.az milli.az-a istinadən xəbər verir ki, klub Ardaya illik 350 milyon avro maaş, həmçinin 2 otel, 7 villa və 113 nəfərlik şəxsi heyət təqdim etməyi planlaşdırır.
Təklifin ən maraqlı tərəfi isə budur ki, Arda Gülərin soyadını daşıyan bütün ailə üzvləri üçün dünyanın istənilən ölkəsinə pulsuz uçuş və 5 ulduzlu otellərdə qalmaq imkanı veriləcək.
Əgər futbolçu transferi qəbul etsə, özünə 200 milyon avro, ailəsinə isə 100 milyon avro ödəniləcək.
Məlumata əsasən, "Al Hilal" 2025-ci ilin yanvar ayında Arda Gülərə 5 illik müqavilə təklif etməyə hazırlaşır.
Bu fantastik təklif idman dünyasında böyük maraqla qarşılanıb. İzləyicilər iddialar müxtəlif rəylər yazıblar. Bəziləri inanmayaraq sözügedən məlumatın uydurma olduğuna və reallıqdan uzaq olduğuna işarə ediblər.