Medianews.az
Arda Gülərdən tarixi rekord:
143 baxış

Arda Gülərdən tarixi rekord: Del Piero və Mesut Özili geridə qoydu

“Real Madrid” klubunda çıxış edən türk futbolçu Arda Gülər “Bayern Münxen” ilə UEFA Çempionlar Liqası matçında göstərdiyi performansla bir neçə rekorda imza atıb.

Medianews.az xəbər verir ki, oyunda 2 möhtəşəm qol vuran gənc futbolçu, onlardan birini cərimə zərbəsindən qeydə alıb. Bu qol sayəsində o, Çempionlar Liqası seçmə mərhələlərində frikikdən ən gənc qol vuran futbolçu ünvanını qazanıb.

Bu göstərici ilə Arda Gülər 30 ildən çoxdur Aleksandro Del Pieroya məxsus olan rekordu yeniləyib. O, həmçinin Mesut Özilin əvvəllər sahib olduğu “Real Madrid”də Çempionlar Liqasında cərimə meydanşasından qol vuran ən gənc oyunçu” rekordunu da qırıb.

Bundan əlavə, Arda Güler “Real Madrid” tarixində Çempionlar Liqası matçında cərimə meydançası xaricindən 2 və ya daha çox qol vuran nadir futbolçulardan biri olub.

Medianews.az

Bizə qoşulun