Medianews.az
Arda Gülər oyuna daxil olduqdan 5 dəqiqə sonra etdiyi hərəkət ilə
177 baxış

Arda Gülər oyuna daxil olduqdan 5 dəqiqə sonra etdiyi hərəkət ilə GÜNDƏM OLDU

La Liqanın 18-ci turunda Real Madrid doğma meydanda Real Betisi 5-1 hesabı ilə məğlub edib.

Medianews.az xəbər verir ki, qarşılaşmanın əsas qəhrəmanı het-trik edən Qonzalo Qarsiya olsa da, gecənin sürprizi Arda Gülərdən gəlib.

Oyuna ehtiyat oyunçular skamyasında başlayan Arda Gülər 77-ci dəqiqədə Rodriqonun əvəzinə meydana daxil olub. Türkiyə millisinin üzvü cəmi beş dəqiqə sonra oyuna birbaşa təsir göstərərək Qonzalo Qarsiyaya məhsuldar ötürmə verib və hücumçunun het-trikini tamamlamasına şərait yaradıb.

Real Madridin qollarını Qonzalo Qarsiya (3 qol), Raul Asensio və Fran Qarsiya vurub. Son qolun assisti isə Arda Gülərin adına yazılıb.

Oyundan sonra İspaniya mətbuatı gənc futbolçunun qısa müddətdə oyuna təsirini xüsusi vurğulayıb.

Marca yazıb ki, Arda 77-ci dəqiqədə meydana daxil oldu, rəqib müdafiəni yarıb cərimə meydançasına daxil oldu və Qonzalonu taparaq oyunun taleyini həll edən qolun ötürməsini verdi. Nəşr bunu “Türk futbolçudan daha bir assist” kimi dəyərləndirib.

Medianews.az

Görüntü: S Sport

Görüntü: S Sport

Görüntü: S Sport

Bizə qoşulun