Medianews.az
PSJ-nin əfsanəvi məşqçisi vəfat etdi -
232 baxış

PSJ-nin əfsanəvi məşqçisi vəfat etdi - FOTO

Fransanın PSJ futbol klubunun ilk məşqçilərindən olan Robert Vikot 94 yaşında vəfat edib.

Oxu.Az Tribuna.com-a istinadən xəbər verir ki, Vikot 1970-ci illərin əvvəllərində paytaxt təmsilçisinin formalaşma illərində əsas rol oynayıb.

O, 1972-75-ci illər arasında PSJ-ni çalışdırıb. Vikot klubun üçüncü diviziondan birinci diviziona qədər yüksəlməsində xüsusi rol oynayıb.

Onun klubdakı işi PSJ-nin uzunmüddətli inkişafı üçün mühüm təməl hesab olunur.

PSJ-nin əfsanəvi məşqçisi vəfat etdi

Bizə qoşulun