Medianews.az
"Toyda pulumu verməmişdilər, balası ÖLDÜ"
207 baxış

"Toyda pulumu verməmişdilər, balası ÖLDÜ"

Müğənni Xuraman Şuşalı sosial media hesabında məclislərdə yaşadığı haqsızlıqla bağlı paylaşım edib.

Medianews.az milli.az-a istinadən xəbər verir ki, sənətçi bir toy mərasimində pulunun ödənmədiyini açıqlayıb:

"Vallah, məni toyda oxutdular, amma pulumu vermədilər. Tək mənə yox, mənim kimi bir neçə digər insana da haqqı çatmadı. And olsun Allaha, həmin hadisədən sonra bir nəfər sonlandırdı. Uşağın vəziyyətini eşidəndə çox üzüldüm," - deyə Xuraman Şuşalı bildirib.

O, həmçinin vurğulayıb ki, başqasının haqqını yeyənlər unutmamalıdır ki, Allah haqsızlığı yerdə qoymur:

"Görəsən, Allahdan qorxmurlar? Qorxun, məzlumun ahından!"

Bu açıqlama sosial mediada izləyicilər arasında geniş müzakirələrə səbəb olub.

Bizə qoşulun