Medianews.az
"Siti" 75 milyonluq transferi tamamladı
117 baxış

"Siti" 75 milyonluq transferi tamamladı

“Bornmut”un hücumçusu Antuan Semenyo yaxın vaxtlarda “Mançester Siti”nin futbolçusu olacaq.

Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Klublar transferlə bağlı bütün sənədləri imzalayıblar. Bu keçid “şəhərlilər”ə 75 milyon avroya başa gəlib.

Semenyo yanvarın 8-də tibbi müayinədən keçdikdən sonra uzunmüddətli müqavilə imzalayacaq.

Qeyd olunur ki, qanalı futbolçu Premyer Liqanın dörd top-klubu arasından məhz “Siti”ni seçib. Buna səbəb isə Pep Qvardiola ilə işləmək istəyi olub.

Cari mövsümdə Antuan Semenyo İngiltərə Premyer Liqasında 19 oyuna çıxıb, 9 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizə qoşulun