Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi gələcək planları barədə danışıb.
Publika.az xəbər verir ki, Leo “Luzu TV”-yə müsahibəsində karyerasını başa vurduqdan sonra özünü hansı rolda gördüyünü açıqlayıb:
“Düzünü desəm, özümü məşqçi kimi görmürəm. Menecer olmaq ideyası xoşuma gəlir, amma seçim etməli olsam, klub sahibi rolunu üstün tutardım.
Öz klubuna sahib olmaq və onu ən aşağı pillələrdən başlayaraq inkişaf etdirmək, gənc futbolçulara və digər insanlara irəliləmək, nəyəsə nail olmaq imkanı vermək. Məni ən çox cəlb edən məhz budur”.
Xatırladaq ki, 38 yaşlı Messi 2025-ci ilin oktyabrında ABŞ klubuyla müqaviləsini 2028-ci ilin sonuna qədər uzadıb.