Kamçatkada dron hücumları təhlükəsi səbəbindən mobil telefon xidməti məhdudlaşdırılıb.
Medianews.az xəbər verir ki, Kamçatka diyarının qubernatoru Vladimir Solodov bu barədə danışıb.
“Kamçatka strateji cəhətdən əhəmiyyətli bir bölgədir. Hazırkı reallıqda biz istənilən çətinliyə hazır olmalıyıq”, - deyə regional qubernator qeyd edib. Solodov strateji və taktiki vəziyyət imkan verən kimi məhdudiyyətlərin aradan qaldırılacağına söz verib.
Kamçatka sakinlərinin alternativ rabitə vasitələrindən məhrum qalmamaları üçün qubernator bütün pulsuz ictimai Wi-Fi nöqtələrinin yoxlanılmasını əmr edib. O, həmçinin bölgə sakinləri üçün endirimlər və ya yenidən hesablanmış abunə haqları məsələsinin mobil operatorlarla müzakirə edilməsini tapşırıb.
Rusiya Müdafiə Nazirliyinin mühüm obyektlərinin yerləşdiyi bölgələrdə rabitənin məhdudlaşdırılması qərarı federal səviyyədə verilib.
Medianews.az