Bu il ABŞ Konqresinə növbəti seçkilər olacaq.
Medianews.az bildirir ki, Konqresin 435 nəfərlik Nümayəndələr Palatasının hazırda 431 üzvü var: 218 konqresmen Respublikaçılar Partiyasından, 213 konqresmen Demokratlar Partiyasındandır.
100 nəfərlik Senatda respublikaçılar 53 senator, demokratlar 47 senatorla (2-si müstəqil sayılır) təmsil olunur.
İki ildən bir Nümayəndələr Palatası bütünlüklə, Senatın isə üçdə bir hissəsi yenilənir.
50 ştat və 1 federal dairədən ibarət ABŞ-da paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsinin Konqresdə təmsilçiliyi yoxdur.
Nümayəndələr Palatasında ştatların təmsilçiliyi əhalinin sayına bağlıdır.
Senata hər ştatdan iki nəfər seçilir. Vitse-prezident Senatın sədri sayılır, ancaq səsverməyə yalnız səslər tən bölünən hallarda qatıla bilir.
2025-ci il yanvarın 20-dən ABŞ-da prezident postunu Donald Tramp, vitse-prezident postunu Ceyms Devid (Cey Di) Vens tutur. Onlar Respublikaçılar Partiyasının üzvüdür.
Konqresinə növbəti seçkilər 2026-cı il noyabrın 3-nə təyin olunub.